​Bakıda su quyusundan uşaq meyiti tapılıb

​Bakıda su quyusundan uşaq meyiti tapılıb Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
15 Fevral , 2016 12:31
​Bakıda su quyusundan uşaq meyiti tapılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda su quyusundan uşaq meyiti tapılıb. “Report” xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Zeytun sovxozunda qeydə alınıb.

Belə ki, həmin ərazidə nömrəsiz evdə yaşayan 2009-cu il təvəllüdlü İbrahim Məmmədovun meyiti yaşadığı evin həyətindəki 15 metr dərinliyi olan su quyusundan tapılıb. Suda boğulmuş İ.Məmmədovun üzərində zorakılıq əlaməti görünməyib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi