Bakıda kirayənişin qadın su qızdırıcısına görə ev sahibi tərəfindən döyülüb

Bakıda kirayənişin qadın su qızdırıcısına görə ev sahibi tərəfindən döyülüb Hadisə kirayənişinin su qızdırıcısını söndürən ev sahibinə iradını bildirdikdən sonra baş verib
Hadisə
145
9 Oktyabr , 2017 07:34
Bakıda kirayənişin qadın su qızdırıcısına görə ev sahibi tərəfindən döyülüb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda su qızdırıcısına görə kirayədə qalan qadın ev sahibi tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, NZS qəsəbəsi, Həbibov küçəsi ev 49 ünvanında 45 yaşlı Səfərova Fatma Aydın qızı kirayə yaşadığı evdə su qızdırcısını söndürən ev sahibinə öz iradını bildirib. Ev sahibi (hələlik adı açıqlanmır) bundan əsəbləşərək kirayənişin F. Səfərovanın baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi