Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam et
Hadisə
8 İyun , 2023 16:09
Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində paytaxtın Nərimanov rayonu, S.Rəhimov küçəsi, B78 ünvanında fəaliyyət göstərən “Rondent” MMC-yə məxsus stomatoloji klinikada ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması hallarının aradan qaldırılmadığı və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.

Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi