Bakıda söyüşə görə tanışını öldürən şəxsə hökm oxunub

Bakıda söyüşə görə tanışını öldürən şəxsə hökm oxunub Vidadi İbrahimov 12 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
26 Oktyabr , 2016 17:13
Bakıda söyüşə görə tanışını öldürən şəxsə hökm oxunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşununu öldürməkdə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.İbrahimov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında V.İbrahimovun 13 il 6 ay həbs cəzası təyin edilməsini istəyib.

Qeyd edək ki, hadisə Türkan qəsəbəsində baş verib. Məlumata görə, N.Babayev içkili halda V.İbrahimovun evinin qarşısında söyüş söyüb. V.İbrahimov ona xəbərdarlıq etməsinə baxmayaraq içkili olan şəx sonu da təhqir edib. Trəfələrin mübahisəsi davaya çevrilib. N.Bayramov V.İbarhimova yumruq zərbəsi endirdikdən sonra ikinci ona bir bıçaq zərbəsi endirib. Qarın nahiyyəsindən bıçaq zərbəsi aldıqdan sonra xəstəxanaya getməkdən imtina edib. O, yaralı şəkildə 10 saata yaxın V.İbrahimovun yanında olub. V.İbrahimovun istəyi ilə xəstəxanaya getsələr də, N.bayramov qanitirmədən bu ilin may ayının 12-də xəstəxanada dünyasını dəyişib.\

Onun barəsində əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılmışdı. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin mərhumu qəsdən öldürmək niyyətinin olmadığı, N.Bayramova ehtiyatsızlıqdan bıçaqla zərbə endirdiyi müəyyən edilib. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsüf olunub.

Son xəbərlər

Orphus sistemi