​Bakıda soyğunçuluqda təqsirləndirilən şəxslərin hər birinə 9 il həbs cəzası verilib

​Bakıda soyğunçuluqda təqsirləndirilən şəxslərin hər birinə 9 il həbs cəzası verilib Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
8 Aprel , 2016 16:08
​Bakıda soyğunçuluqda təqsirləndirilən şəxslərin hər birinə 9 il həbs cəzası verilib

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Fərid Məmmədli və Elman Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Nizami rayon 24-cü Polis Bölməsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində Renat Vəliyevin 35 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almış əvvəllər məhkum olunmuşlar Fərid Məmmədli və Elman Məmmədov Cəlilabad rayonunun ərazisində tutulublar.

Son xəbərlər

Orphus sistemi