Yuxarı

​Bakıda soyğunçuluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası sentyabrın 14-nə təyin edilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Ağababa Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, A.Əsgərov soyğunçuluq etdiyi üçün tutulub. O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi