Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Hadisə
18 Mart , 2019 10:34
Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Kazımov olduğu müəyyən edilib.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi