Bakıda soyğunçuluq edən şəxslər tutulublar

Bakıda soyğunçuluq edən şəxslər tutulublar Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 7-də DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə Binəqədi rayonu ərazisində soyğunçuluq törədilməsi barədə müraciət daxil olub.
Hadisə
9 Aprel , 2018 11:52
Bakıda soyğunçuluq edən şəxslər tutulublar

Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 7-də DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə Binəqədi rayonu ərazisində soyğunçuluq törədilməsi barədə müraciət daxil olub.

  Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xdimətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən düşən 2 naməlum şəxsin qəsəbə sakini Zahid Nuriyevin 650 manat pulunu açıq talama yolu ilə alması müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə “isti izlər”lə saxlanılıblar. Onların Bakı şəhər sakinləri, “Mercedes” markalı avtomobilin sürücüsü Müşfiq Əliyev və sərnişini Yavər Zalov olduqları müəyyən edilib.

Xətai rayonu ərazisində də eyni üsulla cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Belə ki, aprelin 8-də Gəncə prospektində “Opel” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Abbasovaya qarşı zor tətbiq edərək 300 manat pulunu və mobil telefonunu alması faktı ilə əlaqədar 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramiz Əhmədov olduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi