Bakıda sosial şəbəkələr vasitəsilə quldurluq edən şəxslərin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakıda sosial şəbəkələr vasitəsilə quldurluq edən şəxslərin məhkəməsində zərərçəkmiş ifadə verib Hazırda proses davam etdirilir
Hadisə
18 Aprel , 2017 15:39
Bakıda sosial şəbəkələr vasitəsilə quldurluq edən şəxslərin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittiham ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər ittiham elan olunam cinayət işi üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Daha sonra zərərçəkmiş Sakit Qurbanov ifadə verib. O, iki nəfər qızın Elmlər Akademiyası metrosunun yaxınlığında "masaj xidməti" adı ilə vizitkart payladıqlarını bildirib: "Elxan Abbasovla ora gedəndən sonra bizi iki qız qarşıladı. Orada heç nə sifariş vermədiyimiz halda, masaya içkilər gətirdilər. Sonda bizdən 154 manat pul tələb etdilər. Bu qədər pulu vermək istəmədik. Bu zaman 5-6 oğlan bizi əhatəyə aldı və hədə-qorxu gələrək, cibimdən 150 manatdan artıq pulu çıxardılar."

Zərərçəkmiş təqsiorləndirilən şəxslərdən şikayətçi olmadığını söyləyib.

Hazırda proses davam etdirilir.

Qeyd edək ki, adı çəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

Məhkəmənin hazırlıq iclasında isə A.Musayevanın daha əvvəl iclaslara gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Son xəbərlər

Orphus sistemi