Bakıda şirniyyat sexində güclü yanğın baş verib - VİDEO - FOTO - YENİLƏNİB

Bakıda şirniyyat sexində güclü yanğın baş verib - VİDEO - FOTO - YENİLƏNİB Yeni video əlavə olunub
Hadisə
217
28 İyun , 2018 11:04
Bakıda şirniyyat sexində güclü yanğın baş verib - VİDEO - FOTO - YENİLƏNİB

Yeni video əlavə olunub


*** saat 01:05

Bakı. 28 iyun. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində güclü yanğın baş verib.

“Report” xəbər verir ki, hadisə Əli Vəliyev küçəsində bir-birinə bitişik yerləşən bir neçə bişinti sexində qeydə alınıb.

Əvvəlcə bir sexdə başlayan yanğın sonradan digərlərini də əhatə edib. Hadisə zamanı obyektlərdə heç kim olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və 9 texnikası cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb.

Təhlükəsizlik məqsədi ilə yaxınlıqdakı 6 yaşayış binasına elektrik enerjisi verilişi müvəqqəti olaraq dayandırılıb.

Orphus sistemi