Bakıda şirkətin pulunu mənimsəyən satış meneceri məhkəmə zalında həbs edilib

Bakıda şirkətin pulunu mənimsəyən satış meneceri məhkəmə zalında həbs edilib Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Niyal Cabbarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 Yanvar , 2018 11:03
Bakıda şirkətin pulunu mənimsəyən satış meneceri məhkəmə zalında həbs edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Niyal Cabbarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib, N.Cabbarov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, N.Cabbarov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 14 min manat pulunu mənimsəməkdə təqsirli bilinib. İstintaq dövründə N.Cabbarovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Son xəbərlər

Orphus sistemi