Bakıda şirkətin 17 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakıda şirkətin 17 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb O, məhkəmə istintaqı dövründə dəymiş zərəri ödəyib
Hadisə
31 Avqust , 2017 15:22
Bakıda şirkətin 17 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elvin Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Həsənovun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq edilərək, ona şərti cəza verilib. E.Həsənov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, E.Həsənov "Mazarina" MMC-də satış meneceri vəzifəsində çalışıb və şirkətin 17 min manatını mənimsəməkdə təqsirli bilinib.

E.Həsənov CM-nin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

O, məhkəmə istintaqı dövründə dəymiş zərəri ödəyib.

Son xəbərlər

Orphus sistemi