Bakıda şirkətdən oğurluq olub

Bakıda şirkətdən oğurluq olub Faktla bağlı araşdırma aparılır
Hadisə
30 May , 2017 18:06
Bakıda şirkətdən oğurluq olub

Bakı. 30 may. REPORT.AZ/ Bakıda şirkətdən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu, M.Rahim küçəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Ruslan Haqverdiyevə məxsus “Total İT” MMC-nin ofisindən pəncərənin barmaqlığını sındırmaqla noutbuk, 3 000 manat və 5 691 ABŞ dollar pul oğurlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Total İT” şırkəti informasiya texnologiyaları sahəsində xidmətlər təqdim edir.

Son xəbərlər

Orphus sistemi