Bakıda şirkət rəhbərlərinin məhkəməsi başlayır

Bakıda şirkət rəhbərlərinin məhkəməsi başlayır “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən Dilafir Rəsulov, Bəsrət Abbaslı və Tahir Əliyevin məhkəməsi başlayır.
Hadisə
476
14 Yanvar , 2022 09:06
Bakıda şirkət rəhbərlərinin məhkəməsi başlayır

Bakıda dələduzluqda təqsirləndirilən “Konstra” MTK-nin təsisçisi Bəsrət Abbaslı, şirkətin direktoru Dilafir Rəsulov, Bəsrət Abbaslı və əməkdaşı Tahir Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayır.

“Report”un məlumatına görə, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Cinayət işində 100-dən çox zərərçəkmiş var

Qeyd edək ki, B.Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur.

Məlumata görə, D.Rəsulov “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

2021-ci ilin aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib. Daha sonra o, Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Son xəbərlər

Orphus sistemi