Yuxarı
    Bağlamaq

    ​Bakıda şirkət əməkdaşları qəzaya düşüb, üç nəfər yaralanıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıda “Gəncə Dəyirman” şirkətinin əməkdaşları qəzaya düşüb.

    “Report”un məlumatına görə, hadisə Binəqədi qəsəbəsində baş verib.

    “VAZ- 2107” markalı avtomobili idarə edən Nahid Məmmədov idarəetməni itirərək qarşıdan gələn Zakir Şirinovun idarə etdiyi “Gəncə Dəyirman” şirkətinə məxsus “Nissan” markalı avtomobillə toqquşub.

    N.Məmmədov 3 sayıl Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. “Nissan” markalı avtomobilin sərnişinləri İsmayıl Şahlarov və Mirzəabbas Bəşirov Kliniki Tibbi Mərkəzdə tibbi yardım alaraq evə buraxılıb.

    Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsində (PB) araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi