Yuxarı
    Bağlamaq

    Bakıda şirkət direktoruna hökm oxunub

    O, 11 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbas Hacıyevin cinayət işu üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyüvin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, A.Hacıyev "Əzizbəy -KM" MMC-nin direktoru olub. O, mənzilləri bir neçə nəfərə satmaqda təqdirləndirilərək həbs edilib.

    MMC direktorundan Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Südabə Səmədova Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə şikayət edib. S.Səmədova şirkətin direktoru A.Hacıyevə mənzil almaq üçün 36 min manat pul verib.

    Lakin bir müddət sonra məlum olub ki, ona veriləcəyi deyilən mənzilin daha bir neçə "sahibi" var imiş. Eyni mənzil bir neçə adama satılıb.

    Onu da əlavə edək ki, şirkətin A.Hacıyevdən əvvəlki rəhbər şəxsləri də eyni ittihamla həbs edilib. Belə ki, 2014-cü ildə MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satdıqları üçün həbs olunublar.

    Onlar ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirli bilinərək, məhkəmənin hökmü ilə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

    A.Hacıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi