Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta tənzimi qaydalarının pozulmasına görə, “Su İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə protokol tərtib edib.
"Report" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2019-cu il qərarından verilən apellyasiya şikayətinə Bakı
“Su inşaat” firması izolyasiya materiallarının satışını və izolyasiya sistemlərinin qurulmasını həyata keçirən şirkətdir.