Bakıda şirkət avtomobili piyadanı vuraraq öldürdü

Bakıda şirkət avtomobili piyadanı vuraraq öldürdü Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
3 İyul , 2020 09:44
Bakıda şirkət avtomobili piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə iyulun 2-si saat 21:30 radələrində Mərdəkan-Bakı şosesi, Binə Atçılıq massivində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Asif Həsənov tikinti şirkətinə məxsus idarə etdiyi “Toyota” markalı avtomobilə yolu keçmək istəyən Binə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Yaşar Şirinovu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi