Yuxarı
    Bağlamaq

    Bakıda silsilə oğurluqlar edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

    Məhkəmənin baxış iclası sentyabrın 5-nə təyin edilib

    Bakı. 25 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən İntizar Ağayev, Vüqar Qurbanov və Nurbəxşin Şirəliyev barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

    "Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası sentyabrın 5-nə təyin edilib.

    Qeyd edək ki, ötən il fevral ayının 1-də Bakı şəhər sakinləri İ.Ağayev, V.Qurbanov və N.Şirəliyev Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Alış Nağıyev, Amil Xankişiyev, Əlisəfa Mustafayev, Aytəkin Piriyeva, Əlislam Qasımov və Ramin Əbilova məxsus ev və avtomobillərdən pul, qızıl əşya və sənəd oğurlamaları, Famil Xankişiyevin evindən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

    Bu il iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qurbanovla N.Şirəliyevin hər biri 8 il 6 ay və İ.Ağayev isə 7 il isə müddətində azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi