Bakıda silahlı şəxs saxlanılıb

Bakıda silahlı şəxs saxlanılıb Onun başa cinayəti də ortaya çıxıb
Hadisə
8 Dekabr , 2014 13:24
Bakıda silahlı şəxs saxlanılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda silahlı şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti Bölüyü, 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 7-də saat 20:00 radələrində, N.Tusi küçəsində Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Fəxri Şirinzadə özünü şübhəli apardığı üçün üzərinə baxış keçirilib. Onun üzərindən qeydiyyat nömrəsi silinən “Naqan” tipli tapança və iki ədəd patron aşkar olunaraq götürülüb. Şübhəli şəxs ətrafında keçirilən ilkin araşdırmalar zamanı müəyyən edilib ki, F.Şirinzadə dekabrın 6-na keçən gecə N.Tusi küçəsində Bakı şəhər sakini Habil Həsənova məxsus  mağazanı da talayaraq ərzaq məhsulları oğurlayıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi