Bakıda silahlı şəxs saxlanılıb

Bakıda silahlı şəxs saxlanılıb
Hadisə
2 Mart , 2019 12:14
Bakıda silahlı şəxs saxlanılıb

Bakı. 2 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə uğurlu əməliyyat həyata keçirilib.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 221.3 (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 181.2.1 (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmiryol stansiyasının ərazisində saxlanılıb.

İdarə onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd "Revolver Naqan” markalı odlu silah və həmin tapançaya məxsus 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı A.Hüseynov barəsində cinayət işi açılıb. Onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi