Bakıda silahlı insident baş verib, 1 nəfər yaralanıb

Bakıda silahlı insident baş verib, 1 nəfər yaralanıb Zərərçəkmişə naməlum istiqamətdən atəş açılıb
Hadisə
20 Aprel , 2017 05:03
Bakıda silahlı insident baş verib, 1 nəfər yaralanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bakının Səbail rayonunda silahlı insident qeydə alınıb.

"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü Bağırov Ələddin İsəddin oğlu Bayıl qəsəbəsində naməlum şəraitdə güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

O, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına ilkin dindirilmə zamanı bildirib ki, qəsəbə ərazisində küçə ilə hərəkət edən zaman naməlum istiqamətdən ona atəş açılıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi