Bakıda silahla gəzən keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda silahla gəzən keçmiş məhkumun məhkəməsi başlayır Bakıda qanunsuz silah-sursat gəzdirən Elxan Vahabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
11 Mart , 2020 13:56
Bakıda silahla gəzən keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda qanunsuz silah-sursat gəzdirən Elxan Vahabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Rüstəm Kərimlinin icraatında olan iş üzrə hazırlıq iclası martın 19-a təyin edilib.

Qeyd edək ki, ötən ay Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini E.Vahabov Maştağa qəsəbəsində tutulub. Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd "TT" markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq, eləcə də 1 ədəd “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

E.Məmmədova CM-nin 228.1-ci (qanunsuz odlu silah gəzdirmə) maddəsi ilə ittiham verilib.

 Elxan Vahabov
Elxan Vahabov

Son xəbərlər

Orphus sistemi