Bakıda sifarişli qətllə bağlı açılan cinayət işinin maddəsi dəyişdirilib

Bakıda sifarişli qətllə bağlı açılan cinayət işinin maddəsi dəyişdirilib Elşad Həsənov və Rüstəm Rzayev qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməkdə ittiham olunurlar
Hadisə
11 Yanvar , 2016 16:27
Bakıda sifarişli qətllə bağlı açılan cinayət işinin maddəsi dəyişdirilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Paytaxtın hüquq-mühafizə orqanları həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstü “isti izlər”lə açılıb. 

"Report" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıblar.

Məlumata görə, yanvarın 10-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış, 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilməsi ilə bağlı daxil olan məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Fakta görə, həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumənin keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb edilib. 

Aparılmış istintaqla Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədilə tanışı Elşad Həsənovla 2 000 manat müqabilində qabaqcadan razılaşaraq sonuncunun yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub özü ilə götürdüyü küt alətlə mərhumənin baş nahiyəsinə zərbə endirməklə onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan Elşad Həsənov və Rüstəm Rzayevin əməli Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi