Bakıda sevgilisini boğub öldürən 50 yaşlı kişi məhkəmədə ifadə verib

Bakıda sevgilisini boğub öldürən 50 yaşlı kişi məhkəmədə ifadə verib Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
2 May , 2018 15:34
Bakıda sevgilisini boğub öldürən 50 yaşlı kişi məhkəmədə ifadə verib

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

F.Şaqaliyev bildirib ki, mərhum Gülnarə Sadıqova ilə münasibətləri yaxşı olub, bir evdə yaşayıblar.

O, mərhumun evini satması və ötən prosesdə G.Sadıqovanın anası Gülər Sadıqovanın dediklərinə münasibət bildirib. Söyləyib ki, Gülarə Sadıqova evini satdıqdan sonra birlikdə yaşayıblar: "Mərhumun evindən əldə edilən pulu birlikdə yaşadığımız evin təmirinə xərclədik. Gülarəni müalicə məqsədilə bir neçə dəfə də İrana aparmışam. Onun müalicəsinə də həmin puldan xərclənib. Nə qədər olduğunu xatırlamıram. Onu tamah niyyətilə öldürməmişəm. O, məni başqasına qısqanırdı".

F.Şaqaliyev hadisə barədə danışıb: "Sabunçuda 60 yaşlı Minəxanımın evini götürüb təmir etdirirdim. Mən onunla işlə bağlı telefonla danışırdım. Gülnarə də mənim telefonuma baxıb ona qısqanırdı. Yenə mənə zəng gələndə telefonumu Gülnarə götürdü. Mən də əsəbləşdim. Telefonu əlindən alanda söyüş söydü, məni təhqir elədi. Ona bir sillə vurdum. Sonra gül qabını götürüb məni vurdu. Yenə söyüş söyəndə bir yumruq vurdum. Başı rəfə dəydi. Bir də dönüb üstümə gələndə yenə vurdum. Bu dəfə möhkəm vurdum. Yıxılanda başı kombiyə dəydi. Qolları açıq şəkildə yerə yıxıldı".

O, ifadəsində qadını ayağı ilə boğmadığını deyib.

İttiham aktına əsasən, hadisə ötən ilin oktyabr ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb.

50 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş olub.

O, bir müddət əvvəl tanış olduğu Şamaxı sakini G.Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub.

Ailəli, 2 uşaq atası olan F.Şaqaliyev tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır.

Son xəbərlər

Orphus sistemi