Bakıda sevgilisini bıçaqlayan şəxsə hökm oxunub

Bakıda sevgilisini bıçaqlayan şəxsə hökm oxunub O, 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 İyun , 2017 11:59
Bakıda sevgilisini bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Məzahir Nurəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda təqdirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Nurəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinyət hadisəsi ötən ilin dekabrında Şüvəlan qəsəbəsində baş verib. M.Nurəliyev aralarında yaranmış mübahisə zəminində sevgilisi Aygün Kərimovaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra M.Nurəliyev polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

M.Nurəliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunub.

Onu da əlavə edək ki, A.Kərimova məhkəmə istintaqı zamanı cinayət törətmiş M.Nurəliyevi bağışlayıb.

Son xəbərlər

Orphus sistemi