Bakıda sərxoş vəziyyətdə olan şəxs özünü asıb

Bakıda sərxoş vəziyyətdə olan şəxs özünü asıb Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
16 Yanvar , 2017 09:34
Bakıda sərxoş vəziyyətdə olan şəxs özünü asıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakıda sərxoş vəziyyətdə olan şəxs özünü asıb.

"Report"un xəbərinə görə hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Ə.Məmmədəliyev küçəsində 1983-cü il təvəllüdlü Pyotr Vozotintsev özünü yaşadığı evdə asaraq öldürüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları həmin şəxsin çoxlu miqdarda alkoqollu içki qəbul etdiyini müəyyənləşdirib. O, hadisə vaxtı evdə tək olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi