Bakıda “Sərxoş sürücülük” probleminə həsr olunan aksiya keçirilib

Bakıda “Sərxoş sürücülük” probleminə həsr olunan aksiya keçirilib Aksiya zamanı 50-dən artıq sürücü yol polisi tərəfindən saxlanılıb
Hadisə
17 Sentyabr , 2016 10:46
Bakıda “Sərxoş sürücülük” probleminə həsr olunan aksiya keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda “Carlsberg Group”un bir hissəsi olan“Baltika-Bakı” şirkəti və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi “Sərxoş sürücülük” probleminə həsr edilm birgə aksiya keçiriblər. “Report” xəbər verir ki, aksiya dünya pivə istehsalçılarının “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü” (“Global Beer Responsibility Day”) adlı qlobal təşəbbüsü çərçivəsində təşkil edilib.

“Baltika-Bakı” şirkəti sözügedən təşəbbüsə 2016-cı ildə qoşulub. Sentyabrın 16-da Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və “Baltika-Bakı” şirkəti qəza baxımından şəhərin təhlükəli olan nöqtələrdə sərxoş halda avtomobilin idarə edilməsi problemini işıqlandıran aksiya həyata keçiriblər.
Yol polisi əməkdaşları avtomobilləri saxlayaraq sürücülərə könüllü alkoqol testindən keçməyi təklif edib və daha sonra 16 sentyabr tarixinin “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü” olduğunu bildiriblər. “Baltika-Bakı” şirkətinin nümayəndələri isə sürücülərə sərxoş halda sükan arxasına keçmənin risklərini və müxtəlif spirtli içkilərin orqanizmdə həzm olunması müddətlərini əks etdirən məlumat kitabçası və suvenirlər təqdim ediblər.

Aksiya zamanı 50-dən artıq sürücü yol polisi tərəfindən saxlanılıb, onlarla sərxoş halda avtomobil idarə etməyin təhlükəli olmasına dair söhbətlər aparılıb. Sürücülərin əksəriyyəti sərxoş halda sükan arxasına keçməyin əleyhinə olduqlarını bildirməklə yanaşı, belə sürücülərə qarşı mənfi münasibətdə olduqlarını da dilə gətiriblər.

“Baltika-Bakı” şirkətinin baş direktoru Viktor Semak bildirib ki, ictimai problemlərə diqqət yetirmək şirkətin ənənəsidir: ““Baltika-Bakı”nın “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü”ndə bu beynəlxalq təşəbbüsə qoşulmaq qərarı sözügedən problemə cəmiyyətin diqqətini cəlb etmək və hər növ alkoqollu içkinin məsuliyyətli istehlakını təşviq etməyin əhəmiyyətindən irəli gəlir”.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hər il dünyada yüzlərlə insan sərxoş halda avtomobil idarə etməsinin qurbanı olur: “Şübhəsiz, biz bu problemi maksimal dərəcədə effektiv həll etmək üçün əlimizdən gələni əsirgəmirik və son illər ərzində bu cür qayda pozuntularının sayı azalmaqdadır. Lakin Bakı şəhərinin yollarında təhlükəsizliyi təmin etmək məqsədiləsözügedən işləri tam qüvvədə davam etmək bizim başlıca vəzifəmizdir və ölkənin aparıcı pivə istehsalçısı olan “Baltika-Bakı” şirkəti ilə əməkdaşlıq çərçivəsində bu aksiyanın keçirilməsi, avtomobil sahiblərinə ayıq sürücülüyün vacibliyini bir daha xatırlatmaq üçün əla imkandır”. 

Son xəbərlər

Orphus sistemi