Yuxarı
    Bağlamaq

    Bakıda sərxoş sürücü YPX əməkdaşına başı ilə zərbə vurub

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 4 may. REPORT.AZ/ Bakıda yol polisi əməkdaşına qarşı zor tədbiq edilib.

    “Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində qeydə alınıb.

    Belə ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Rəşad Şükürov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Vüqar Məmmədov tərəfindən saxlanılıb. R.Şükürov polis əməkdaşına qarşı zor tətbiq etməklə ona başı və ayağı ilə zərbə vuraraq hadisə yerindən qaçıb.

    R.Şükürov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi