Bakıda yuxulu sürücü avtomobili PPX maşınına vurub - FOTO

Bakıda yuxulu sürücü avtomobili PPX maşınına vurub - FOTO Hadisə Biləcəri qəsəbəsində baş verib
Hadisə
10 İyun , 2017 06:30
Bakıda yuxulu sürücü avtomobili PPX maşınına vurub - FOTO
Report.az

Bakı. 10 iyun. REPORT.AZ/ Bakı-Quba yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, yolun Avtovağzal yaxınlığından keçən hissəsində "60-BL-368" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil qarşıda gedən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə məxsus "99-AP-609" dövlət qeydiyyat nişanlı "Fiat" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Yol qəzası nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Qəza "Opel" sürücüsünün avtomobili yuxulu vəziyyətdə idarə etməsi nəticəsində baş verib. Hadisə zamanı "Fiat"da sərxoşluğun yoxlanılması üçün müvafiq məntəqəyə aparılan bir kişi və bir qadın sərnişin olub.

Son xəbərlər

Orphus sistemi