Bakıda sərxoş sürücü avtomobili sərnişin avtobusuna çırpıb

Bakıda sərxoş sürücü avtomobili sərnişin avtobusuna çırpıb Bakıda yol qəzası baş verib.
Hadisə
3 İyul , 2019 09:06
Bakıda sərxoş sürücü avtomobili sərnişin avtobusuna çırpıb

Bakıda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Belə ki, "Nargilə" restoranının qarşısında yüksək sürətlə hərəkətdə olan avtomobil əvvəlcə minik avtomobili ilə toqquşub. Daha sonra DYP avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb.

İlkin ehtimala görə, qəzaya sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi