Bakıda sərxoş sürücü yük maşını ilə 7 avtomobili əzib - FOTOLAR

Bakıda sərxoş sürücü yük maşını ilə 7 avtomobili əzib - FOTOLAR Hadisə yerində avtomobillərin sıxlığı yaranıb
Hadisə
1075
30 Dekabr , 2014 13:11
Bakıda sərxoş sürücü yük maşını ilə 7 avtomobili əzib - FOTOLAR

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Bakının Səbail rayonu, Neftçilər prospektində zəncirvari qəza baş verib. "Report"un xəbərinə görə, qəza zamanı "Şaqman" markalı yük maşını Bülbül prospekti ilə kəsişmədəki işıqforda 7 nəqliyyat vasitəsini əzib. Yük maşını daha sonra yol kənarındakı ağaca və 63 saylı binaya çırpılıb. Hadisə yerinə polislər cəlb olunub. İlkin araşdırma zamanı yük maşınının sürücüsünün sərxoş olduğu məlum olub. Hadisə yerində avtomobillərin sıxlığı yaranıb. Polislərin müdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi