Bakıda sərxoş piyadanı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakıda sərxoş piyadanı avtomobil vuraraq ağır xəsarət yetirib Yaralının vəziyyəti ağırdır
Hadisə
19 İyun , 2017 03:46
Bakıda sərxoş piyadanı avtomobil vuraraq ağır xəsarət yetirib
Report.az

Bakı. 19 iyun. REPORT.AZ/ Bakının Suraxanı rayonunun eyniadlı qəsəbəsində sərxoş piyadanı avtomobil vuraraq ona ağır xəsarət yetirib.

“Report”un xəbərinə görə, 44 yaşlı Şerbakov Vyaçeslav yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu “Opel” markalı avtomobil vurub.

O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi