Bakıda sərxoş kişini döyərək öldürən şəxs saxlanılıb

Bakıda sərxoş kişini döyərək öldürən şəxs saxlanılıb Faktla bağlı araşdırmalar aparılır
Hadisə
29 Dekabr , 2014 15:05
Bakıda sərxoş kişini döyərək öldürən şəxs saxlanılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakıda sərxoş kişini döyərək öldürən şəxs saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 24-də Səbail rayonu ərazisindən Bakı şəhər sakini İqor Samoylenko sərxoş halda xəstəxanaya gətirilb və dekabrın 27-də orada ölüb. Həmin gün Maya Nikolayevna Batolova Səbail Rayon Polis İdarəsi (RPİ) 8-ci Polis Bölməsinə (PB) müraciət edərək, dekabrın 24-də oğlu İ.Samoylenkonun naməlum şəxs tərəfindən döyüldüyünü bildirib. Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Nəsrulla Zaqidulin tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi