Bakıda sərxoş kişi dönərxananın və avtomobilin şüşələrini sındırıb

Bakıda sərxoş kişi dönərxananın və avtomobilin şüşələrini sındırıb Həmin şəxs saxlanılıb
Hadisə
27 Fevral , 2016 12:25
Bakıda sərxoş kişi dönərxananın və avtomobilin şüşələrini sındırıb

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı sakini xuliqanlıq edib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini İlqar Qələmov xuliqanlıq zəminində həmyerliləri Vüqar Paşayevə məxsus dönərxananın və Əhəd Niyazova məxsus “Mercedes” markalı avtomobilin şüşələrini sındırıb.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov saxlanılıb, onun yüngül dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi