Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb

Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb Hadisə Binəqədi rayonu ərazisində baş verib
Hadisə
13 Aprel , 2017 03:01
Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində taksi sürücüsü kimi fəaliyyət göstərən 1987-ci il təvəllüdlü Babayev Natiq Akif oğlu ilə sərnişin arasında dava düşüb.

Nəticədə sərnişin (hələlik adı açıqlanmır) N.Babayevə bıçaq xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi