Yuxarı

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
Qəza nəticəsində iki sərnişin xəsarət alıb

Bakı. 19 mart. REPORT.AZ/ Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un xəbərinə görə, hadisə ötən gün səhər saatlarında Xətai rayonunda qeydə alınıb. 

Əhmədli qəsəbəsi ərazisində 57 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusu minik avtomobilinə çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər - 48 yaşlı Novruzova Şəlalə Xosu qızı və 57 yaşlı Nəzərov Şakir İzzət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi