Bakıda sərnişin avtobusu qəzaya uğrayıb: xəsarət alan var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb: xəsarət alan var Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
22 Avqust , 2017 06:39
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb: xəsarət alan var

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, "Daewoo" markalı sərnişin avtobusunun sürücüsü hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus "Shacman" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə zamanı sürücü, 1991-ci il təvəllüdlü Mirzəliyev Rafiq Ağabala oğlu ağır xəsarət alıb. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, avtobusun sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Hadisə zamanı avtobusda sərnişin olmayıb.

Son xəbərlər

Orphus sistemi