Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakıda sərnişin avtobusu piyadanı vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Sentyabr , 2017 16:30
Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusu piyadanı vurub. 

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Nizami rayonunda qeydə alınıb.

Belə ki, Abbas Muradovun idarə etdiyi 35 saylı marşrut avtobusu 8-ci kilometr bazarının qarşısında yol kənarında dayanmış 67 yaşlı Mehrəliyev Şahmar Xıdır oğlunu vurub. Ş.Mehrəliyev ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi