Paytaxtda sərnişin avtobusu piyadanı vurub

Paytaxtda sərnişin avtobusu piyadanı vurub Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Hadisə
31 Mart , 2017 02:01
Paytaxtda sərnişin avtobusu piyadanı vurub
Courtesy İmage

Bakı. 31 mart. REPORT.AZ/ Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, döngə 5 ünvanında qeydə alınıb.

Belə ki, "62" saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Pənahov Tural Mamed oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi