Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
22 Fevral , 2016 15:43
Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakı. 22 fevral. REPORT.AZ/ Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Niyazi Quliyev idarə etdiyi “Daewoo” markalı 60 saylı xətt avtobusla yolu keçən Abşeron rayon sakini İlkin Məmmədovu vurub. İ.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi