​Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

​Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
25 Aprel , 2016 11:59
​Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakı. 25 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına, Ə.Məmmədəliyev küçəsində Astara rayon sakini 35 yaşlı Ramin Məmmədov idarə etdiyi 93 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini 20 yaşlı Nicat Məmmədovu vurub.

3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, “Daewoo” markalı sərnişin avtobusu “Monello” MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi