Yuxarı
    Bağlamaq

    Bakıda sərnişin avtobusu piyada zolağından istifadə edən kişini vurub - VİDEO

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

    Bakı. 21 dekabr. REPORT.AZ/ Bakıda piyada zolağından istifadə edən kişini avtomobil vurub.

    "Report"un xəbərinə görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində qeydə alınıb.

    Belə ki, təxminən 40-45 yaşlarında olan kişi piyada zolağı ilə yolun digər tərəfinə keçmək istəyib. Bu zaman yol hərəkəti qaydasını pozaraq əks istiqamətdə yola çıxan 12 saylı sərnişin avtobusu piyadanı vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi