Fəhlə prospektində sərnişin avtobusu orta yaşlı qadını vurub

Fəhlə prospektində sərnişin avtobusu orta yaşlı qadını vurub Piyada ağır xəsarət alıb
Hadisə
29 avqust 2017 01:09
Fəhlə prospektində sərnişin avtobusu orta yaşlı qadını vurub
Foto: Report.az

Bakı. 29 avqust. REPORT.AZ/ Bakının Xətai rayonunda sərnişin avtobusu orta yaşlı qadını vurub.

"Report"un xəbərinə görə, hadisə 1982-ci il təvəllüdlü Qeybullayeva Ceyhunə Əsədulla qızı Fəhlə prospektində yolu keçmək istəyən zaman baş verib.

Qəzanı özəl şirkətlərdən birinə məxsus sərnişin avtobusu törədib. Qadın ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Sürücünün izahatı alınıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi