Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
17 Sentyabr , 2019 00:49
Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Memar Əcəmi metrosu yaxınlığında qeydə alınıb. Belə ki, 165 saylı sərnişin avtobusu ilə "VAZ 2106" markalı avtomobil toqquşub.

Qəzada 20 yaşlı Həbiyeva Leyla Həbib qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud və sol çiyinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi