​Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, ölən var

​Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, ölən var Minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib
Hadisə
13 Aprel , 2015 01:35
​Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, ölən var

Bakı. 13 aprel. REPORT.AZ/ Axşam saatlarında Bakının Sabunçu rayonunda “İveco” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi