Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub - FOTO

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub - FOTO Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə
17 Oktyabr , 2019 22:00
Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub - FOTO
Foto: "Report"

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu "20 Yanvar" metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, "90-JM-358" dövlət nişanlı 18 saylı sərnişin avtobusu "90-AN-286" dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

Sərnişin avtobusunun məxsus olduğu şirkətdən "Report"a bildirilib ki, minik avtomobili dayanacaqdan çıxan avtobusa dəyib və nəqliyyat vasitələrinə yüngül ziyan vurulub. 

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.

Son xəbərlər

Orphus sistemi