Bakıda sərnişin avtobusu 60 yaşlı qadını vuraraq öldürüb

Bakıda sərnişin avtobusu 60 yaşlı qadını vuraraq öldürüb Bakı. 19 mart. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Mart , 2018 00:43
Bakıda sərnişin avtobusu 60 yaşlı qadını vuraraq öldürüb

Bakı. 19 mart. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda, Bakı-Şamaxı yolunda qeydə alınıb.

Belə ki, 114 saylı marşrut avtobusunun Aslan adlı sürücüsü yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən Baki şəhər sakini, 1958-ci il təvəllüdlü Kərimova Bibixanim Əlislam qızını vurub. Nəticədə o, ağır xəsarət alıb.

Yaralı qəzanı törədən sürücü tərəfindən avtobusla 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi