Bakıda sərnişin avtobusu 25 yaşlı qızı vurub

Bakıda sərnişin avtobusu 25 yaşlı qızı vurub Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
15 Mart , 2017 11:47
Bakıda sərnişin avtobusu 25 yaşlı qızı vurub

Bakı. 15 mart. REPORT.AZ/ Bakıda 25 yaşlı qızı sərnişin avtobusu vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Kərimli Ülkər Tacir qızını Yeni Ramana qəsəbəsi marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Nəticədə Ü.Kərimli ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi