Bakıda sərnişin avtobusları toqquşub, 3 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusları toqquşub, 3 nəfər xəsarət alıb Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
8 Noyabr , 2014 15:45
Bakıda sərnişin avtobusları toqquşub, 3 nəfər xəsarət alıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda “Daewoo” markalı iki sərnişin avtobusu toqquşub. “Report”un DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 7-də baş verib.

Rayonun F.X.Xoyski küçəsində baş verən qəzada avtobuslardan birinin 3 sərnişini xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi